Yanvardan pensiyaçılara əlavə 200 manat ödəniləcək? KONKRET

28.11.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipilə pensiya alan şəxslərə 200 manat yardım edilmişdi. 2023-cü ildə isə bu yardım aylara bölünərək pensiya məbləğlərinə mərhələli şəkildə daxil edilib və indeksləşdirilərək ödənilib. Bəs gələn il pensiyaçıların yenidən 200 manat maddi yardım alması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, gələn il belə bir vəsaitin ayrılması real görünmür:

“Gələn il heç bir bu cür yardım gözlənilmir. Hazırda belə bir şərait yoxdur. O vaxt inflyasiya yüksəknidi, pandemiya isə vəziyyəti daha da kəskinləşdirmişdi və dövlət buna görə yardım etmişdi. Amma növbəti il üçün belə bir addımın atılması ehtimalı yoxdur”.

Beləliklə, iqtisadçıya görə, 2026-ci ildə pensiyaçıların əlavə maddi yardım alması reallığa uyğun deyil.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью