Missiya.az saytına istinadən Icma.az xəbər verir. “2026-cı il yanvarın 1-dən Ermənistanda məcburi hərbi xidmət iki il deyil, bir il yarım ol
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” sosial media hesabında məlumat yayıb.
“Müdafiə naziri parlament həmkarları ilə müzakirələr nəticəsində Ermənistanda hərbi xidmət müddətinin 2 il deyil, 1,5 il müəyyən edilməsini təklif edən qanunvericilik təşəbbüsünü dövriyyəyə buraxıb.
Əvvəlcə bu reqlamentin 2026-cı ilin yay çağırışından qüvvəyə minməsi nəzərdə tutulurdu, lakin bu gün mən müdafiə naziri ilə, əvvəlki dövrdə isə deputat həmkarlarımla müzakirə apardım və qərara gəldik ki, qanun daha tez, yəni 2026-cı il yanvarın 1-dən qüvvəyə minsin”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.