Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yanvarın 26-a gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Əsasən şərq rayonlarında - Lənkəran-Astara, Mərkəzi Aran intensivləşəcəyi ehtimalı var.Bəzi yerlərdə arabir duman olacaq.
Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.