Yanvarın 30 da polis 19 silah və 5421 patron aşkar edib

31.01.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvarın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 13 tüfəng aşkar edilib.

Milli.Az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, bundan başqa, 2 patron darağı və 5421 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью