Yanvarnoyabr aylarında Azərbaycana 1 milyard dollar dəyərində avtomobil idxal olunub AZƏRTAC

18.12.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 dekabr, AZƏRTAC

Bu ilin 11 ayı ərzində Azərbaycana ümumilikdə 1 milyard 673 milyon 213 min dollar dəyərində 82 926 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6,5 faiz və ya 5 812 ədəd azalıb, dəyəri isə 9,9 faiz və ya 150,8 milyon dollar artıb. 2023-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 522 milyon 373 min dollar dəyərində 88 738 ədəd avtomobil idxal edilib.Qeyd edək ki, 2871 elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью