YAP bələdiyyə seçkiləri ilə əlaqədar müşavirə keçirdi FOTOLAR

17.12.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 17-də Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planına uyğun olaraq səsvermə gününədək müşahidə aparacaq şəxslərin təlimatlandırılması məqsədilə onlayn müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı məlumat və izahat verilib.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью