YAP Daşkəsən rayon təşkilatında Etibar Alıyevin 60 illik yubileyi qeyd olunub

17.06.2026

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatında ərazi partiya təşkilatının sədri,  partiya fəalı Alıyev Etibar İlyas oğlunun 60 illik yubileyi münasibətilə görüş keçirilib.

Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev uzun illər partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə Etibar Alıyevə təşəkkür edib və təbrik edərək ona möhkəm cansağlığı və uzun ömür arzulayıb.

Etibar Alıyev göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Yekunda yubilyara rayon təşkilatının qiymətli hədiyyəsi təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью