YAP ın 34 cü ildönümü ərəfəsində Nəsimi rayonunda partiya fəalları ilə görüş keçirilib

17.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü ərəfəsində Nəsimi rayon təşkilatınn akt zalında partiya fəalları ilə görüş keçirilib

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında ictimai-siyasi fəallığı ilə seçilən partiya üzvləri və könüllülərin iştirakı ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycanın siyasi, iqtisadi və diplomatik sahələrdə əldə etdiyi mühüm nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun və mövqeyinin daha da möhkəmlənməsindən bəhs edib. O vurğulayıb ki, müasir Azərbaycanın qazandığı uğurlar güclü dövlətçilik ənənələrinin, milli maraqlara əsaslanan müstəqil siyasətin və xalq-iqtidar birliyinin məntiqi nəticəsidir. Bildirilib ki, əldə olunan nailiyyətlərin qorunması və gələcək nəsillərə çatdırılması, ölkədə həyata keçirilən islahatların, sosial-iqtisadi inkişafın və dövlət quruculuğu prosesinin mahiyyətinin ictimaiyyətə düzgün izah edilməsi hər bir partiya üzvünün qarşısında duran mühüm vəzifələrdəndir. O, həmçinin partiya üzvlərinin ölkədə əldə olunan tarixi nailiyyətlərin təbliğində, milli həmrəyliyin möhkəmləndirilməsində və dövlət siyasətinin ictimaiyyətə çatdırılmasında fəal mövqe nümayiş etdirmələrinin vacibliyini vurğulayıb.

Azər Süleymanov qeyd edib ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial media yalnız ünsiyyət vasitəsi deyil, həm də ictimai rəyin formalaşmasına, ideoloji prinsiplərin təbliğinə və informasiya təhlükəsizliyinin təmin olunmasına təsir göstərən mühüm platformadır. Bu baxımdan partiya üzvlərinin sosial şəbəkələrdə fəallığının artırılması, dövlət siyasətinin mahiyyətinin, milli maraqların və dövlətçilik dəyərlərinin geniş auditoriyaya dolğun, obyektiv və operativ şəkildə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. O, informasiya məkanında baş verən proseslərə çevik reaksiya verilməsinin, dezinformasiyaya qarşı mübarizə aparılmasının və həqiqətə əsaslanan məlumatların yayılmasının partiya fəallarının ideoloji fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Eyni zamanda, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin və 8 Noyabr – Zəfər Gününün milli birliyimizin, dövlətçilik iradəmizin və xalqımızın qəhrəmanlığının təcəssümü kimi daim təbliğ olunmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyən etdiyi ideoloji vəzifələrə toxunaraq, partiya fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasının, tarixi nailiyyətlərin və dövlət siyasətinin ictimaiyyətə daha geniş çatdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov partiya fəallarının ictimai-siyasi proseslərdə fəallığının, təşəbbüskarlığının və məsuliyyətli mövqeyinin əhəmiyyətini diqqətə çatdırıb. O, xüsusilə gənclərin ideoloji fəaliyyətə cəlb olunmasının, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinin, müasir çağırışlara uyğun düşüncə və fəaliyyət istiqamətlərinin formalaşdırılmasının vacibliyini vurğulayıb. Milli-mənəvi dəyərlərin təbliği və gənclərin ictimai fəallığının artırılması baxımından müasir kommunikasiya imkanlarının geniş potensiala malik olduğunu bildirib. Qeyd edib ki, bu imkanlardan məqsədyönlü və səmərəli istifadə olunması gənclərin dövlətçilik prinsiplərinə bağlılığının gücləndirilməsinə, onların ictimai proseslərdə daha fəal iştirakına və sağlam informasiya mühitinin formalaşmasına mühüm töhfə verə bilər. O, həmçinin gənclərin təşəbbüslərinin dəstəklənməsinin və onların partiyanın ictimai fəaliyyətində daha geniş təmsil olunmasının vacibliyini qeyd edib. Abbas Pənahov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin yeni nəslin hərtərəfli inkişafı və ictimai fəallığının artırılması üçün geniş imkanlar yaratdığını vurğulayıb. Bildirib ki, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dəyərlərə bağlılığının gücləndirilməsi və onların ölkənin gələcək inkişafında fəal iştirakının təmin edilməsi mühüm prioritetlərdəndir.

Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının İdeoloji işlər üzrə məsləhətçisi Aynur Poluyeva çıxış edərək, müasir dövrdə informasiya siyasətinin və sosial medianın ideoloji fəaliyyətin həyata keçirilməsində, ictimai rəyin formalaşdırılmasında və milli maraqların qorunmasında artan əhəmiyyətindən bəhs edib. O, partiya fəallarının rəqəmsal informasiya məkanında fəallığının artırılmasının, aktual ictimai-siyasi məsələlərə çevik münasibət bildirilməsinin və informasiyanın düzgün, operativ şəkildə yayılmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, milli maraqların, dövlətçilik prinsiplərinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin və Yeni Azərbaycan Partiyasının fəaliyyətinin geniş ictimaiyyətə çatdırılması, eyni zamanda, yanlış məlumat və dezinformasiyalara qarşı sistemli mübarizənin aparılması ideoloji işin əsas istiqamətlərindəndir. O, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ideoloji fəaliyyətin müasir çağırışlara uyğun qurulması, informasiya məkanında fəallığın artırılması və partiya üzvlərinin bu istiqamətdə məsuliyyətinin gücləndirilməsi ilə bağlı fikirlərinin mühüm vəzifələr müəyyənləşdirdiyini qeyd edib. Həmçinin informasiya mühitində vahid mövqenin qorunmasının, etibarlı mənbələrə əsaslanan paylaşımların təşviqinin və sosial şəbəkələrin imkanlarından məqsədyönlü istifadənin əhəmiyyətini vurğulayıb.

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının gender və gənclər siyasəti üzrə məsləhətçisi Anar Vəliyev çıxışında gənclərin ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və qadınların ictimai fəallığının artırılması məsələlərinə toxunub. Həmçinin gənclərin potensialından səmərəli istifadə olunmasının, onların ictimai təşəbbüslərə cəlb edilməsinin və gender bərabərliyinin təşviqinin vacibliyini diqqətə çatdırıb. Anar Vəliyev 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin nümayiş etdirdiyi qəhrəmanlıq, vətənpərvərlik və yüksək döyüş ruhunun gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının parlaq nümunəsi olduğunu qeyd edib. Vurğulayıb ki, bu tarixi Zəfərin gənclər arasında təbliği, şəhidlərimizin xatirəsinin yaşadılması və qazilərimizin keçdiyi şərəfli döyüş yolunun gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdəndir.

Daha sonra görüşdə iştirak edən partiya fəalları müzakirə olunan mövzu ətrafında fikirlərini bölüşüblər. Görüşdə “Mərdanov Qardaşları küçəsi 129” ünvanı üzrə (Azərbaycan Respublikası Standartlaşdırma İnstitutu) ərazi partiya təşkilatının sədri, İnstitutun direktor müavini Səbinə Məmmədli, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin tələbəsi Atlaz Qubadzadə və Azərbaycan Tibb Universitetinin dosenti Elman Əzimov çıxışlarında sosial medianın ictimai rəyin formalaşmasında rolu, etibarlı informasiyanın yayılması, gənclərin rəqəmsal platformalarda fəallığının artırılması və dövlətçilik dəyərlərinin təbliği məsələlərinə münasibət bildiriblər. İştirakçılar, həmçinin partiyanın fəaliyyəti çərçivəsində həyata keçirilən tədbir və təşəbbüslərin mediada geniş, obyektiv və dolğun işıqlandırılmasının, görülən işlərin ictimaiyyətə düzgün çatdırılmasının və informasiya resurslarından səmərəli istifadənin vacibliyini vurğulayıblar.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. İştirakçılar partiyanın ictimai fəaliyyətinin daha geniş təbliği, informasiya resurslarından səmərəli istifadə, gənclərin ideoloji proseslərdə iştirakının artırılması və həyata keçirilən tədbirlərin mediada dolğun işıqlandırılması ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Sonda partiyanın ideoloji fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, informasiya mühitində fəallığın artırılması, partiya üzvləri arasında əməkdaşlığın gücləndirilməsi, milli ideologiyanın və dövlətçilik dəyərlərinin ardıcıl təbliği, eləcə də görülən işlərin ictimaiyyətə daha geniş çatdırılması istiqamətində müvafiq tövsiyələr verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью