YAP ın Balakən təşkilatının eks sədri həbs edildi ÖZƏL

26.10.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

YAP Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilən Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Azad Balayev sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan faktlarla bağlı həbs edilib. 

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.

İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Şəbnəm Rəhimova

 Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью