YAP ın qurultayı oktyabrın 2 də keçiriləcək

24.09.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı oktyabrın 2-si keçiriləcək

Modern.az-ın əldə etdiyi məlumata görə, qurultayın gündəliyi və keçiriləcəyi məkan barədə hələlik məlumat açıqlanmayıb.

Qeyd edək ki, partiyanın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayından sonra ilk qurultayı olacaq.

YAP-ın Nizamnaməsinə əsasən, qurultay partiyanın ali rəhbər orqanıdır və İdarə Heyəti tərəfindən beş ildə ən azı bir dəfə çağırılır. Partiya sədrinin seçilməsi, Nizamnaməyə dəyişiklik edilməsi və rəhbər orqanların tərkibinin müəyyənləşdirilməsi qurultayın səlahiyyətlərinə daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью