YAP Kürdəmir rayon təşkilatında görüş keçirilib

30.10.2026

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


30.10.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında “Ü.Hacıbəyov küçəsi 10” ərazi partiya təşkilatının sədri Hidayətova Nəsibə Qurban qızının 65 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.
Görüşün sonunda partiya veteran, “Ü.Hacıbəyov küçəsi 10” ərazi partiya təşkilatının sədri Nəsibə Hidayətovaya partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə və 65 illik yubileyi münasibətilə Təşəkkürnamə, gül buketi və xatirə hədiyyəsi təqdim edilmişdir.
Çıxış edən “Ü.Hacıbəyov küçəsi 10” ərazi partiya təşkilatının sədri Nəsibə Hidayətova göstərilən diqqət və qayğıya görə Prezident,Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью