YAP Kürdəmir rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb

30.01.2026

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

30 yanvar 2026-cı il tarixdə “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsində YAP Kürdəmir rayon təşkilatının “Bakı prospekti 20” ərazi partiya təşkilatı yaradılıb. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, təşkilati məsələlər üzrə məsləhətçi Nurlan Şəfiyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan fəal partiya üzvü, “Kürdəmir Gənclər evi” social xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nicat Ağarəhimov bildirib ki, bu gün Azərbaycan keşməkeşli tarixi dövrlərdən sonra Vətən müharibəsinin təntənəli Zəfərini yaşayır. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır. O, həmçinin partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək bildirib ki, təxminən 700 mindən çox üzvü olan partiyanın sıraları günü-gündən genişlənir. Bu baxımdan gənclərlə ərazi təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir. Bu, üzvlərin partiyanın işində və ölkənin siyasi həyatında daha aktiv iştirakına şərait yaradacaqdır. Bu səbəbdən, YAP Kürdəmir rayon təşkilatının nəzdində “Bakı prospekti 20” ərazi partiya təşkilatının yaradılması məqsədilə kollektivin partiya üzvləri rayon təşkilatına müraciət ediblər. Müraciətlərinə müsbət cavab verildiyi üçün Nicat Ağarəhimov və partiya üzvləri öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və social həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Bütün bunlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin və misilsiz xidmətlərinin sayəsində mümkün olmuşdur. VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqqında partiya fəallarına məlumat verib.

Daha sonra digər çıxışçılar Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol və yeni ərazi partiya təşkilatının yaranmasının əhəmiyyətindən danışıblar.

Çıxışlardan sonra səsvermə keçirilib. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan Nicat Ağarəhimov yekdil səslə ərazi partiya təşkilatının sədri, Tamara Həsənova isə sədr müavini seçiliblər. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.

E.Qafarov yeni seçilmiş ərazi partiya təşkilat sədri Nicat Ağarəhimovu və sədr müavini Tamara Həsənovanı təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью