Icma.az, Unikal.az portalına istinadən məlumat yayır. Dekabrın 6-da Lənkəran şəhərində “Narkotik vasitələrin, psixotrop maddələrin və onları
"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, ŞİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Mikayıl Cəfərzadə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.
Çıxışlarda narkomaniya ilə mübarizədə maarifləndirmə işlərinin önəmi vurğulanıb.
Yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təşviqi və təbliğat işlərinin gücləndirilməsinin vacibliyi qeyd edilib.
Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemə qarşı sistemli və məqsədyönlü mübarizənin aparılması üçün müstəsna əhəmiyyət daşıyır.
Eyni zamanda, gənclərin bilik və bacarıqlarının artırılması, elmə, təhsilə və idmana marağının yüksəldilməsi onların zərərli vərdişlərdən uzaq qalmasında əsas amil kimi vurğulanıb.