YAP Mərkəzi Aparatında müşavirə keçirilib

05.12.2024

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

Partiyadan bildiriblər ki, müşavirədə YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiqlənmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlərin vaxtında və mütəşəkkil həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb, qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinin zəruriliyi diqqətə çatdırılaraq qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıq və tövsiyələr verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью