YAP Mərkəzi Aparatında müşavirə keçirilib | Icma.az
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Toplantı seçki qərargahları sədrlərinin iştirakı ilə baş tutub Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
AYNA-ya partiyadan bildirilib ki, müşavirədə YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiqlənmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlərin vaxtında və mütəşəkkil həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb, qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinin zəruriliyi diqqətə çatdırılaraq qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıq və tövsiyələr verilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu