Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Ə. Rəcəbli küçəsi 3” ünvanı üzrə Ərazi Partiya Təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Görüşdə “Təmiz Qaz” QSC-nin direktoru Xətai Hətəmov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Ərazi Partiya Təşkilatının üzvləri iştirak ediblər.
“Təmiz Qaz” QSC-nin direktoru Xətai Hətəmov və YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək, partiyanın keçdiyi şərəfli tarixi yoldan, Ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, eləcə də ölkəmizin sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz xidmətlərindən bəhs ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlərə imza atıb. Xüsusilə 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər və işğaldan azad olunmuş torpaqlarımızın geri qaytarılması bu siyasətin parlaq nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın ölkəmizin inkişafında mühüm xidmətlər göstərdiyi qeyd olunub.
“Ə.Rəcəbli küçəsi 3” ünvanı üzrə ƏPT-nin sədri Nurlana Əfəndiyeva geniş hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülən işlərdən danışıb.
Çıxışlardan sonra gündəlikdə olan məsələlərə baxılıb. Gündəlikdə olan digər məsələ Ərazi Partiya Təşkilatına yeni sədr müavinin seçilməsinə zərurətin yaranması olub.
Beləliklə, gündəlikdə olan məsələlər səsə qoyulub, yekdil səslə Səfiyar İsgəndərov ƏPT-nin sədr müavini seçilib və 2025-ci il üzrə təqdim olunan hesabat qəbul edilib.
Sonda xatirə şəkli çəkilib.