Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında sosial media sahəsində fəal olan partiya üzvləri və könüllülərlə görüş keçirilib.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, təşkilatın əməkdaşları, YAP Sosial Media Qrupunun nümayəndələri, eləcə də sosial şəbəkələrdə aktiv olan fəallar iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib.
Milli maraqlara əsaslanan prinsipial mövqe, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində aparılan siyasət həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir.
Partiya üzvlərinin dövlət başçısının müəyyən etdiyi strateji xəttin cəmiyyətə düzgün və məqsədyönlü şəkildə çatdırılmasında ön sıralarda yer aldığı qeyd olunub.
Bu baxımdan, sosial mediada aparılan təbliğat ümumi ideoloji mübarizənin ayrılmaz hissəsi kimi partiyanın cəmiyyətlə birbaşa əlaqələrinin güclənməsinə mühüm töhfə verir.
Eyni zamanda, bu fəaliyyət partiya üzvlərinin ideoloji hazırlığını və milli məsuliyyət hissini də artırır.