YAP Nizami rayon təşkilatında “Heydər Əliyev Məktəbi”nin açılışı olub FOTOLAR

23.01.2026

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Heydər Əliyev ideyalarının təbliği və Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə “Heydər Əliyev Məktəbi”nin açılış tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, “Heydər Əliyev və Nizami rayonu” adlı foto-sərgiyə baxıblar.

Konfrans zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsi müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev “Heydər Əliyev Məktəbi”nin partiya üzvlərinin siyasi-ideoloji baxımdan maarifləndirilməsi, Heydər Əliyev ideyalarının təbliği və Heydər Əliyev irsinin öyrənilməsi işinə töfhəsindən danışıblar.

“Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edən YAP Veteranlar Şurasının üzvü, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri Misir Mərdanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev zaman və məkan anlayışlarını aşan böyük siyasi şəxsiyyətdir. Onun siyasi irsi bu gün bütün nəsillər, xüsusilə də gənclər üçün örnəkdir və öyrənilməsi vacib olan məktəbdir. Ulu Öndərin irsi yalnız bir siyasi yol deyil, həm də azərbaycançılıq ideologiyasının canlı təcəssümü, əxlaqi, ideoloji və strateji düşüncə sistemidir. Bu məktəbin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi milli kimliyimizin və dövlətçilik ənənələrimizin qorunmasına mühüm töhfə verir.

Çıxışlardan sonra mövzu ilə əlaqədar dinləyicilərin sualları cavablandırılıb.

“Heydər Əliyev Məktəbi”nin açılış tədbirinə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью