YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalının tədbirlərində iştirak edib | Icma.az
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov Mərkəzçi Demokrat İnternasionalı (IDC-CDI) İcra Komitəsinin iclası və Baş Assambleyasınnda iştirak etmək məqsədilə 29-31 may tarixlərində Kot d’İvuar Respublikasının Abidcan şəhərində səfərdə olub.
Mayın 30-da keçirilən İcra Komitəsinin iclasında tədbirə ev sahibliyi edən Kot d’İvuarın iqtidar partiyası Demokratiya və Sülh Naminə Ufuetçitlər İttifaqının üzvü, Senatın prezidenti xanım Kandia Kamara qonaqları salamlayaraq 100-dən artıq siyasi partiyanı təmsil edən IDC-CDI tədbirinin ölkəsində keçirilməsindən məmnunluğunu bildirdi.
Daha sonra IDC-CDI-ın prezidenti Andres Pastrana və baş katib Antonio Lopez-İsturiz çıxış edərək qurumun 2024-cü il noyabrın 18-də Kambocanın Siemreap şəhərində keçirilmiş son İcra Komitəsi iclasından sonrakı fəaliyyətinə nəzər salıblar.
İclas təşkilati məsələlərin müzakirəsi ilə davam etdirildi. Həmin gün baş tutan IDC-CDI Baş Assambleyasında da təşkilat rəhbərliyinin çıxışl
Mayın 31-də IDC-CDI-ın Afrika ölkələrindən olan üzv partiyalarının Baş Assambleyası keçirilib, regiona dair məsələlər müzakirə olunub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu