Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
YAP-ın VIII qurultayında ciddi siyasi və kadr dəyişikliklərinin müzakirə ediləcəyi gözlənilir.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, qurultayda partiyanın yeni dövr üçün strategiyası, kadr siyasəti və təşkilati strukturunun yenilənməsi əsas gündəm mövzularından olacaq.
Mənbə bildirir ki, gənc və yeni kadrların önə çəkilməsi, rəhbər strukturlarda mümkün dəyişikliklər və YAP-ın yeni siyasi mərhələyə uyğunlaşdırılması ilə bağlı təkliflər müzakirə olunur.
Bundan başqa, Qarabağ və Böyük Qayıdış, Azərbaycanın dəyişən geosiyasi mövqeyi və partiyanın cəmiyyətlə, xüsusilə gənclərlə kommunikasiya siyasətinin gücləndirilməsi də qurultayın gündəmində ola bilər.
Qeyd edək ki, qurultayın yekun gündəliyi və mümkün kadr dəyişiklikləri ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.
Əli Hüseynov