Icma.az, Azertag portalına istinadən məlumat verir. Bakı, 22 noyabr, AZƏRTACNoyabrın 22-də Kamboca Xalq Partiyasının (KXP) ev sahibliyi ilə
“Sülh və barışıq axtarışı” mövzusunda keçirilən və 28 ölkədən 49 siyasi partiyanın qatıldığı 12-ci Baş Assambleyada Yeni Azərbaycan Partiyas
Çıxışlarda dünyada artan münaqişələrə, iqlim dəyişikliklərinə, sosial-iqtisadi ədalətsizliklərə və geosiyasi təhdidlərə qarşı mübarizədə siy
Daha sonra birinci plenar sessiyada çıxış edən Tahir Budaqov qeyd edib ki, plenar sessiya nəinki burada təmsil olunan üzv ölkələr, eləcə də
Qeyd edilib ki, yeni çağırışlarla qarşı-qarşıya olduğumuz belə bir mürəkkəb şəraitdə sülh və barışıq axtarışı mütləq zərurətə çevrilib.
Daim sülh, sabitlik və qarşılıqlı anlaşma tərəfdarı olan, ölkələrin milli maraqlarına hörmətlə yanaşmaq prinsipini dəstəkləyən Azərbaycan öz daxili və xarici siyasətində bu dəyərlərə sadiqliyini nümayiş etdirir.T.Budaqov vurğulayıb ki, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar.
Onun sözlərinə görə, tolerantlıq ənənəsini və multikultural dəyərləri qoruyub yaşadan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir.
Azərbaycan Avrasiyanın mühüm geostrateji bölgəsindən olan Cənubi Qafqazın lider ölkəsi kimi regional sabitlik və əməkdaşlığa da olduqca mühüm töhfələr verir.