YAP Tərtər rayon təşkilatı tərəfindən bir qrup gəncin iştirakı ilə görüş keçirilib

02.02.2026

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

02 fevral 2026-cı il tarixdə 2 Fevral – Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı tərəfindən bir qrup gəncin iştirakı ilə çay süfrəsi ətrafında görüş keçirilmişdir.

Görüş başlamazdan öncə iştirakçılar müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov gəncləri bayram münasibətilə təbrik edərək qeyd etmişdir ki, əsası Ümummilli Lider tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən yeni mərhələyə yüksəldilib. Rayon təşkilatının sədri dövlətimiz tərəfindən gənclərə göstərilən xüsusi diqqət və qayğıdan ətraflı bəhs etmiş, gənclərin cəmiyyətin və partiya fəaliyyətinin inkişafındakı mühüm rolunu vurğulamışdır.

Görüş zamanı partiya sıralarında gənclərin fəallığının artırılması, gənclərlə təmas mexanizmlərinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. İştirakçılar öz təklif və düşüncələrini bölüşərək gələcək fəaliyyət istiqamətləri barədə mülahizələrini bildirmişlər.

Tədbirdə iştirak edən gənclər onlara göstərilən diqqətə görə Yeni Azərbaycan Partiyasına dərin minnətdarlıqlarını bildirmiş, bu cür görüşlərin gənclərin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişlər.

Sonda gənclərlə xatirə şəkli çəkilmişdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью