YAP Tərtər rayon təşkilatında görüş keçirilib ŞƏRH

16.09.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

16 sentyabr 2026-cı il tarixində YAP Tərtər rayon təşkilatında “Tərtər Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Musa Paşayev və kollektiv ilə səmimi çay süfrəsi ətrafında görüş keçirilib.
Görüşdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə gənclərin potensialının üzə çıxarılması, onların sağlam, vətənpərvər və savadlı kadr kimi yetişməsi üçün bütün zəruri şərait yaradılıb.
Görüş zamanı Tərtər Gənclər evinin direktoru Musa Paşayev Gənclər evinin fəaliyyət istiqamətləri, gənclər üçün göstərilən sosial xidmətlər, həyata keçirilən layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyətlər barədə fikirlərini bölüşüb.
Həmçinin gənclərin asudə vaxtının səmərəli təşkili, onların ictimai fəallığının artırılması, maarifləndirici tədbirlərin və müxtəlif sosial layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Səmimi söhbət formatında keçirilən görüş zamanı iştirakçıların təklif və fikirləri dinlənilib, gələcək fəaliyyət istiqamətləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью