YAP Tərtər rayon təşkilatında partiya üzvləri ilə görüş keçirilib | Icma.az
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
05.12.2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının inzibati binasında rayon təşkilat sədri Eldar Əsədovun rəhbərliyi ilə sosial şəbəkələrdə fəal mövqeyi ilə seçilən partiya üzvləri ilə görüş keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Əli Paşayev və sosial mediada aktiv olan partiya üzvləri iştirak ediblər.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Giriş nitqi ilə çıxış edən Eldar Əsədov sosial şəbəkələrdə partiyanın mövqeyini layiqincə təqdim edən fəalları salamlayaraq ölkədə baş verən ictimai-siyasi proseslərə adekvat reaksiya verməyin zəruriliyini qeyd edib.
O vurğulayıb ki, hər bir vətəndaş dövlətinin inkişafına, əldə olunan nailiyyətlərin düzgün işıqlandırılmasına və milli maraqların müdafiəsinə öz töhfəsini verməlidir.
E. Əsədov Yeni Azərbaycan Partiyasının müasir müstəqil Azərbaycanın formalaşması və inkişafında mühüm rol oynadığını diqqətə çatdıraraq bild
Onun sözlərinə görə, YAP-ın qəbul etdiyi qərarlar və təşəbbüslər ölkənin güclənməsinə və vətəndaşların rifahına xidmət edir.
Tam oxu
Xəbəri oxu