YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb Azərbaycanda özəl xəbərlər…
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Çin Xalq Respublikasında səfərdədir.
"Report" xəbər verir ki, səfər çərçivəsində noyabrın 13-də YAP nümayəndə heyəti ilə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao arasında görüş keçirilib.
Nümayəndə heyətini salamlayan və ölkəsində görməkdən məmnunluğunu ifadə edən Lyu Cyançao Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb.
Bir-birinin maraqlarına hörmət edən, ərazi bütövlüyü və suverenliyini dəstəkləyən iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyyat-logistika və digər sahələri əhatə etməklə çoxşaxəli xarakter daşıdığını bildirən L.Cyançao Çinin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
2024-cü ilin iyul ayında Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşünə diqqəti cəlb edən L.Cyançao iki dövlət arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanmasının işbirliyinin dərinləşdirilməsi baxımından önəmini qeyd edib.
O, Azərbaycan ilə Çin arasında qlobal arenada, xüsusilə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hər iki ölkənin maraqlarının qorunması üçün müstəsna əhəmiyyət daşıdığını bildirib.
L.Cyançao Çinin Azərbaycanın müxtəlif platformalarda, o cümlədən BRICS çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməsinə dəstək verdiyini qeyd edib.
Tam oxu
Xəbəri oxu