YAP Veteranlar Şurasının iclası

13.11.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 12-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının VIII Qurultaydan sonra ilk iclası keçirilib.

İclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verilib. YAP Veteranlar Şurasının sədri, İdarə Heyətinin üzvü Arif Rəhimzadə şuranın ötən dövr ərzində fəaliyyətinin partiyanın Proqram və Nizamnaməsinə uyğun həyata keçirildiyini vurğulayıb.

Şuranın sədr müavini Sədaqət Qəhrəmanova, üzvlər Misir Mərdanov, Tahir Rzayev, Əhliman Əmiraslanov, Vahid Novruzov, Tahir Məmmədov, Urxan Ələkbərov, Allahverdi Hacıyev, Şahlar Əsgərov və Tahir Quliyev müzakirə olunan məsələlərə münasibət bildiriblər.

İclasda 2027-ci ilin Tədbirlər Planı ilə bağlı müxtəlif təkliflər səsləndirilib və müvafiq qərarlar qəbul olunub.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью