YAP Xocalı rayon təşkilatında müşavirə keçirilib

20.10.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

20 oktyabr 2026-cı il tarixində saat 13:30-da Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Xocalı Şəhər 1 nömrəli tam orta məktəbin akt zalında təşkil olunan müşavirədə Xocalı şəhər ərazi partiya təşkilatının 30 nəfər partiya fəalı iştirak edib.
Müşavirə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev məruzə ilə çıxış edib. O, çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli fikirlərin əhəmiyyətindən, qarşıda duran vəzifələrdən, partiyanın fəaliyyət istiqamətlərindən və üzərinə düşən məsuliyyətin layiqincə yerinə yetirilməsinin vacibliyindən bəhs edib.
Məruzə ətrafında Xocalı şəhər ərazi partiya təşkilatının sədri Nəvai Həsənov, eləcə də partiya fəalları Zəminə Məmmədova və Anar Əbdülov çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda partiya fəaliyyətinin daha da gücləndirilməsi, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi və partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması məsələlərinə toxunulub.
Müşavirə zamanı iştirakçılar tərəfindən bir sıra təkliflər səsləndirilib, müzakirələr aparılıb və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və müşavirə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью