Yapı Kredi Bank bakıda bir ailəni evsiz qoydu Ali Koça məxsus bank xəbərsiz bunu necə edib…
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxt sakinləri – Adil Xəlil oğlu Nəsirov, Mehriban Əli qızı Nəsirova və Əfqan Atdıxan oğlu Qasımov Yapı Kredi Bank Azərbaycandan şikayətçidir.Mia.az Teleqraf.com-a istinadla xəbər verir ki, şikayətçilər bir müddət əvvəl daşınmaz əmlaklarını sözügedən banka girov qoymaq yolu ilə kredit götürüblər.
Amma sonradan kreditin ödənilməsi gecikdiyi üçün bank müştərilərin xəbəri olmadan həmin əmlakları hərraca çıxarıb və girovda olan əmlaklar hərrac yolu ilə satılıb.
Əldə olunmuş vəsait bankın hesabına köçürülüb.Sonradan iddiaçılar banka olan borclarının böyük hissəni ödəyiblər və əmlaklarını geri tələb ediblər.
Bank isə əmlaklar satıldığı üçün onların qaytarılmasını qeyri-mümkün hesab edib.Şikayətçilər iddia ediblər ki, bank onların xəbəri olmadan qanunsuz olaraq əmlakları satıb.
Uzun müddət bankla iddiaçılar arasında mübahisə gedib. Lakin ortalıqda əmlak olmadığı üçün tədbir görmək mümkün olmayıb.Şikayətçilər mənzill
Məhkəmədə məlum olub ki, əmlaklar üçüncü şəxsə satıldığı üçün tədbir görülməsi mümkünsüzdür.
Beləliklə, iddiaçıların şikayəti baxılmamış saxlanılıb.Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, qanuna görə belə hallarda bank vətəndaşa bildiriş göndərməlidir:"Vətəndaşın xəbəri olmadan satışın həyata keçirilməsi yeni qanunvericiliklə mümkün olan hal deyil.
Tam oxu
Xəbəri oxu