Yapi Kredi Bank dan şikayət

09.04.2025

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətəndaşlardan biri “Yapi Kredi Bank”ın Nərimanov rayon filialından şikayətçidir. AzPost xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. Bildirib ki, bankın adıçəkilən şöbəsində bütün proseslər və əməliyyatlar 1 pəncədərə aparılır. Buna görə də 1 əməliyyat üçün 3-4 saat gözləməli oluruq.

Vətəndaş deyir ki, bəzən köhnə sistem kimi tanışları və köhnə tanış müştəriləri sırasız qəbul edirlər, proseslər uzanır. Əməkdaşları ancaq “biz heçnə edəbilmərik” deyirlər.

“Bakıda gördüyüm ən pis xidmət idi, ilk dəfədir yolum düşmüşdü. Heçkimə tövsiyyə etmirəm” – deyə şikayətçi qeyd edib.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью