YAPın təşkilatçılığı ilə Zəfər Günü mərasimi | Icma.az
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
Əvvəlcə tədbirdə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov məclis iştirakçılarını müasir dövlətçilik tariximizin ən qürurverici hadisəsi – zirvə nöqtəsi olan və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərin dördüncü ildönümü münasibətilə salamlamaqdan böyük məmnunluq duyduğunu bildirib.
Tahir Budaqov vurğulayıb ki, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının, əzəli yurd yerlərinə əbədi qayıdışının hədsiz sevinc və qürurunu yaşamaqla 8 Noyabr Zəfər Gününü böyük coşqu ilə qeyd edir: “Bu gün iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Ümummilli Lider Heydər Əliyevin siyasi varisi – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunmuşdur”.
YAP Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Vətən müharibəsində qazanılan Qələbə tariximizə qızıl hərflərlə yazılıb.
Onun sözlərinə görə, Azərbaycanın müasir tarixinin ən mühüm iki hadisəsi dövlət müstəqilliyimizin bərpa olunması və 30 il Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsidir.
Tam oxu
Xəbəri oxu