Yapon bacı qardaşların Bakıda möhtəşəm uğuru

06.10.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yapon bacı-qardaşların Bakıda möhtəşəm uğuru

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günündə yaponiyalı Uta Abe və Hifumi Abe qızıl medal qazanıblar.

QOL.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Uta Abe finalda ispaniyalı Ariane Toro Soleri məğlub edərək 6-cı dəfə dünya çempionu olub.

Olimpiya çempionu olan yaponiyalı cüdoçu bununla da dünya çempionatlarındakı məğlubiyyətsiz seriyasını davam etdirib. Uta Abe indiyədək iştirak etdiyi dünya çempionatlarında məğlub olmayıb.

66 kq çəki dərəcəsində isə onun qardaşı Hifumi Abe uğur qazanıb. İkiqat Olimpiya çempionu finalda ispaniyalı David Qarsiya Torneni möhtəşəm ipponla məğlub edib. Bununla da Hifumi Abe 5-ci dəfə dünya çempionu adını qazanıb.

Hifumi Abe yarışdan sonra Azərbaycandakı azarkeş dəstəyini xüsusi qeyd edib:

“Azərbaycanda göstərilən bütün bu dəstək və azarkeşlərin sevgisi mənə böyük güc verir. Bu da ən yaxşı cüdomu göstərməyimə imkan yaradır”.

Beləliklə, Abe bacı-qardaşları Bakıda keçirilən dünya çempionatının eyni günündə qızıl medal qazanıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью