Yapon faciəsi səhnəmizdə

07.07.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində Akutaqava Ryunosukenin “Kesa və Morita” əsərinin ilk tamaşası olub.

Rejissor Məhəmməd Verdizadənin quruluşunda təqdim olunan tamaşa maraqlı səhnə həlli, uğurlu aktyor oyunu və dərin fəlsəfi məzmunu ilə yadda qalıb. Sevgi, vicdan, fədakarlıq və mənəvi məsuliyyət kimi mövzuların müasir teatr dili ilə təqdim edilməsi tamaşanı xüsusilə təsirli edib.

Gənc aktyorlar Rəna Pənahova və Məhəmməd Gülmalıyevin mahir ifası və tamaşanın dinamik quruluşu izləyicilərdə xoş təəssürat yaradıb. Kesa adlı evli qadının və ona vurulan samuray Moritanın faciəli münasibətindən bəhs edən əsər təsirli psixoloji məqamları ilə diqqət çəkib.

Ə.ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью