Yapon kişi streslə mübarizə üçün 1000dən çox evi qarət etdi

28.11.2024

Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yapon kişi streslə mübarizə üçün 1000-dən çox evi qarət etdi

Yaponiya hüquq-mühafizə orqanları 1 000-dən çox evə qanunsuz daxil olduğunu etiraf edən 37 yaşlı kişini saxlayıb. O, hərəkətlərinin səbəbini streslə mübarizənin qeyri-adi üsulu kimi izah edib.

Oxu.Az-ın kp.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə yerli hüquq-mühafizə orqanlarının nümayəndəsi açıqlama verib.

Məlumata görə, saxlanılan şəxs bunun hobbiyə çevrildiyini vurğulayıb.

"Məni kiminsə aşkar edə biləcəyini düşündüyüm zaman çox həyəcanlanıram. Bu gərginlik streslə başa çıxmağıma kömək edirdi", - deyə o, dindirilmə zamanı etiraf edib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью