Yapon serialı Azərbaycana turist axını gətirir

10.11.2026

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın sonunda Bakıya gələn 47 yaşlı tokiolu Mayumi Kişi Şirvanşahlar sarayının hamam xarabalıqları önündə əl telefonu ilə foto çəkib. Serialda Qüds kimi göstərilən bu məkanı tanımak üçün o, səfərdən əvvəl serialı izləyib.
Turist serialı izləyən digər yaponların da Azərbaycana gəlməsini arzuladığını bildirib.
Bakıdakı “Bukinist” kitab mağazası serialda Yaponiya Özünümüdafiə Qüvvələrinin gizli kəşfiyyat bölməsi “Beppan”ın qərargahı kimi göstərilib. Mağaza müdirinin sözlərinə görə, foto və video çəkən yapon ziyarətçilər artıq gündəlik mənzərəyə çevrilib.
Serialı istehsal edən TBS telekanalı ilə birlikdə “Hankyu Travel International” şirkəti xüsusi tur paketi hazırlayıb. Bu ilin noyabrının sonundan gələn ilin oktyabrınadək olan bəzi turlar üçün artıq gözləmə siyahısı yaranıb. Şirkət əlavə yerlər açmağı düşünür.
Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov serialın iki xalq arasında körpü yaratmaq üçün tarixi fürsət olduğunu bildirib. O, daha çox yapon turistin Azərbaycanın tarixi abidələri, memarlığı və mətbəxi ilə tanış olacağına ümid edir.
Foto: xiquinhosilva / Wikimedia Commons (CC BY 4.0)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью