Yapon şirkətinin Ay missiyasında ikinci uğursuzluq: Resilience ilə əlaqə itib | Icma.az
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İlk Ay missiyası uğursuzluqla nəticələnən Yaponiyanın "Ispace" şirkəti ikinci cəhdində də uğursuzluqla üzləşib.
Şirkət bu dəfə "Resilience" adlı kosmik aparatla Ay səthinə enməyə çalışsa da, aparatla əlaqə itib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, 2023-cü ildəki ilk Ay enişi cəhdində kosmik aparatını itirən firma, 15 yanvarda başladığı ikinci "Hakuto-R" missiyasında da texniki problemlə qarşılaşıb.
"Resilience" aparatı ilə yenidən Ay səthinə enmək məqsədi daşıyan bu missiya canlı yayımla təqdim olunub.
Lakin gözlənilən uğurlu eniş zamanı aparatla əlaqə qəfil kəsilib.
Gələcəkdə Ayda aparılacaq tədqiqatlar üçün qida və su ehtiyatlarını araşdırmaq və müxtəlif testlər həyata keçirmək məqsədi daşıyan "Resilience" aparatının enişindən sonra firma nümayəndələri mətbuata açıqlama verib.
Şirkət rəsmiləri bildiriblər ki, hazırda aparatın Ay səthinə uğurla enib-enmədiyini təsdiqləyə bilmirlər, lakin onunla yenidən əlaqə qurmaq üçün işlərini davam etdirirlər.
Tam oxu
Xəbəri oxu