Yaponiya 2024 cü ildə anti doğum rekordu qırıb

27.02.2025

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

Yaponiya 2024-cü ildə anti-doğum rekordu qırıb

Yaponiyada doğum səviyyəsi ötən il 721 min nəfərə düşüb, bu, 1899-cu ildən bəri ən aşağı səviyyədir. Bu barədə “Mainichi” qəzeti məlumat yayıb.

Aydın olur ki, bunlar həm köçmüş əcnəbilər, həm də başqa ölkələrə gedən yaponlar da daxil olmaqla ilkin rəqəmlərdir. Daha dəqiq illik statistika, iyun ayında dərc olunacaq. Ola bilər ki, doğum 700 minə çatmasın.

2023-cü ildə doğum nisbəti təxminən 758 min idi. Əvvəllər Sosial Sığorta və Əhali Problemləri üzrə Elmi-Tədqiqat İnstitutu bu rəqəmin 2039-cu ilə qədər yalnız 720 minə düşəcəyini proqnozlaşdırmışdı.

Əhalinin təbii azalması, yəni ölənlərin sayı ilə doğulanların sayı arasındakı fərq, ilkin məlumatlara görə, ötən ilin sonunda 897,7 min nəfər təşkil edib. Bu, rekord göstəricidir.

Əziz Mustafa, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью