Yaponiya ABŞ a xəbərdarlıq etdi SƏBƏB

16.11.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaponiya hökuməti Okinavada ABŞ hərbçilərinin törətdiyi qanun pozuntularından sonra Amerika ordusundan intizam tədbirlərini gücləndirməyi tələb edib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara Tokioda keçirilən mətbuat konfransında bildirib ki, amerikalı hərbçilərin, xüsusilə də sərxoş vəziyyətdə törətdikləri hadisələr yerli sakinlər arasında ciddi narahatlıq yaradır.

Onun sözlərinə görə, ABŞ tərəfi oktyabrın əvvəlində Okinavanın cənubunda yerli qadını qətlə yetirməkdə və qarət etməkdə şübhəli bilinən ABŞ dəniz piyadasının həbsindən sonra əlavə intizam tədbirləri görəcəyinə söz verib.

Lakin noyabr ayında da amerikalı hərbçilər sərxoş vəziyyətdə avtomobil idarə etdiklərinə və ictimai yerlərdə nalayiq davranışlarına görə saxlanılıblar/
Bununla əlaqədar Okinavada ABŞ hərbçiləri üçün komendant saatı dekabrın 7-dək uzadılıb. Məhdudiyyətə əsasən, hərbçilərin gecə saat 00:00-dan səhər 05:00-dək hərbi bazaları tərk etməsinə icazə verilmir.

Qeyd edək ki, əvvəlcə məhdudiyyətlərin noyabrın 8-də başa çatacağı gözlənilsə də, çoxsaylı qanun pozuntuları səbəbindən müddət uzadılıb.

1972-ci ildə Okinavaya nəzarətin ABŞ-dan Yaponiyaya qaytarılmasından bəri adada 770-dən çox amerikalı hərbçi qətl, təcavüz və digər ağır cinayətlərdə şübhəli bilinərək həbs olunub.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью