Yaponiya ABŞ la yaxşı münasibətlərə görə Fələstini tanımayacaq

17.09.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Yaponiya ABŞ-la yaxşı münasibətlər saxlamaq üçün hələ Fələstin dövlətini tanımayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Asahi” qəzeti məlumatlı hökumət mənbələrinə istinadla məlumat yayıb.

Bir sıra hökumətlər, o cümlədən Britaniya, Fransa, Kanada və Avstraliya bu ay BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaqlarını daha əvvəl bəyan etmişdilər.

ABŞ İsrailin ən yaxın müttəfiqi kimi Fələstin dövlətinin tanınması ideyasını rədd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью