Yaponiya ABŞ yə güzəşt etməyəcək

21.04.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaponiya ticarət danışıqlarında Trampa böyük güzəştə getməyə hazır olmadığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin baş naziri Şiqeru İşiba bildirib.

"Yaponiya bütün güzəştləri etsə, biz öz milli maraqlarımızı qoruya bilməyəcəyik. Biz Yaponiya kənd təsərrüfatını qorumaq üçün çalışırıq. Biz onu qorumağa davam etməliyik və təbii ki, istehlakçıların təhlükəsizliyini də qorumalıyıq", - deyə İşiba qeyd edib. 

ABŞ Yaponiyaya daha çox avtomobil və kənd təsərrüfatı məhsulları satmaq istəyir. Tərəflər artıq keçən həftə Vaşinqtonda danışıqlar aparıblar. Danışıqların ikinci turu aprelin sonuna qədər baş tutmalıdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью