Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müdafiə Nazirliyi ölkənin süni peyklərini potensial düşmənlərin "qatil peykləri"nin hücumlarından qorumaq niyyətindədir
Yaponiya Müdafiə Nazirliyi ölkənin süni peyklərini potensial düşmənlərin "qatil peykləri"nin hücumlarından qorumaq üçün 2036-cı ilin yazına qədər altı döyüş peykindən ibarət bürc yaratmağı planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.
Bu mənbələrə görə, belə bir peykin yaradılması ilə bağlı müddəaların kabinetin ilin sonunda qəbul etməyi planlaşdırdığı təhlükəsizlik məsələləri üzrə fundamental sənədlərə daxil edilməsi gözlənilir.
"Cangüdən peykləri"nin Yaponiya mülki orbital peykləri ətrafındakı vəziyyəti izləmək üçün nəzərdə tutulduğu bildirilir. Onlar sərt radiasiya və ya mexaniki manipulyatorlardan istifadə edərək hücumlar həyata keçirə bilən "qatil peyklərin" onlara yaxınlaşmasının qarşısını alacaq.
Təcrübə "cangüdən peyki"nin 2028-ci maliyyə ilində (31 mart 2029-cu ildə başa çatır) buraxılacağı gözlənilir. Daha sonra 2033-cü maliyyə ilindən başlayaraq altı belə peykdən ibarət bürc yaradılacaq. Onun formalaşdırılması, həmçinin ötən ilin iyul ayında Yaponiya Müdafiə Nazirliyi tərəfindən qəbul edilmiş kosmosda fəaliyyət proqramı ilə də nəzərdə tutulub.