Yaponiya Baş naziri Pezeşkiana zəng etdi

01.06.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Yaponiya Baş naziri Sanae Takaiti İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb, tərəflər regional təhlükəsizlik və ABŞ-İran münasibətlərini müzakirə ediblər.

Modern.az xəbər verir ki, bu barədə "Nippon" məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı ABŞ və İran arasındakı münasibətlər ətrafında yaranmış vəziyyət, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Takaiti tərəfləri münaqişənin tezliklə həlli üçün maksimum çeviklik nümayiş etdirməyə çağırıb.

Yaponiya hökumət başçısı həmçinin Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью