Yaponiya Baş naziri qəzaya düşüb

01.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bu gün Yaponiyanın Baş naziri Şiqeru İşibanın olduğu avtomobil Tottori prefekturasının qərbində polis maşını ilə toqquşub.

Bu barədə “Kyodo News” məlumat yayıb.

Yerli vaxtla saat 10:30 radələrində Yaponiya Baş nazirinin avtomobili yol ayrıcında qırmızı işıqda dayanan polis maşınına çırpılıb. Şiqeru İşiba xəsarət almayıb.

Kortej bir neçə dəqiqə hadisə yerində qalıb, daha sonra Tottori hava limanına doğru hərəkət edib. Baş nazir hava limanından təyyarə ilə Tokioya qayıdıb.

Qeyd edək ki, Şiqeru İşiba Tottoridə valideynlərinin məzarını, həm də anadan olduğu yaşayış məntəqəsini ziyarət edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью