Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, Takaichi bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin sözlərinə görə, Tramp ona Si Cinpinlə danışıqları barədə ətraflı məlumat verib. Daha sonra tərəflər Çinlə bağlı müxtəlif məsələlər, o cümlədən iqtisadi və digər təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar və Yaponiya-ABŞ əməkdaşlığını təsdiqləyiblər. Telefon danışığı təxminən 20 dəqiqə davam edib.
Takaichinin Trampla danışığı ABŞ və Çin liderlərinin görüşündən əvvəl baş tutub. Yaponiya tərəfi Vaşinqtonla Pekin arasında mümkün yaxınlaşmanın Tokio ilə bağlı məsələlərə təsir göstərə biləcəyindən narahatlığını daha əvvəl ifadə etmişdi.