Yaponiya Baş nazirinin ABŞ yə səfəri təxirə salına bilər

21.09.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaponiyanın Baş naziri Sanae Takaiçinin ABŞ prezidenti Donald Trampla görüşü Dujuan tayfunu səbəbindən təxirə salına bilər.

Bakıvaxtı.az "NTV"yə istinadən xəbər verir ki, Takaiçinin ABŞ-yə səfəri 21-24 sentyabr tarixlərinə planlaşdırılıb. 

Onun Trampla görüşdən əlavə, BMT Baş Assambleyasında çıxış etməsi də planlaşdırır.

Xatırladaq ki, Tokio ilə Pekin arasındakı münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda Takaiçi Çinlə bağlı mövqe barədə razılığa gəlmək, təhlükəsizlik və iqtisadi məsələlərdə davamlı əməkdaşlığı təsdiqləmək və Yaponiya-ABŞ ittifaqının gücünü nümayiş etdirmək üçün Trampla Si Cinpinlə danışıqlardan əvvəl görüşmək istəyir.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью