Yaponiya Baydendən bu şirkəti almaq istəyir

02.01.2025

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Yaponiyanın "Nippon Steel" şirkəti Amerika prezidenti Co Baydenə ABŞ polad şirkəti "U.S. Steel"i almaq üçün yeni təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.

Qeyd olunur ki, təklif Ağ Evdə fəal müzakirə olunur. Bayden bu təklifin işçilər üçün uyğun olmadığını, eləcə də ABŞ üçün milli təhlükəsizlik riskləri yaratdığını düşünür.

Yapon şirkəti isə ABŞ səlahiyyətlilərinin ölkədə istehsal gücünü azaltmaq cəhdlərini qadağan edə biləcək şərtlər təklif edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью