Yaponiya bu ölkəyə qarşı sanksiyaları uzadacaq

08.04.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa ölkəsinin Şimali Koreyaya qarşı sanksiyalarının daha iki il müddətinə uzadılacağını açıqlayıb.

"Cebheinfo.az" “Japan Times” qəzetinə istinadən xəbər verir ki, Hayaşi mətbuata Pxenyanın nüvə proqramlarını və Yaponiya vətəndaşlarının həbs edildiyini xatırladıb.Buna görə də Hayaşi bəyan edib ki, Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyalar daha iki il müddətinə uzadılacaq və sanksiyalara Şimali Koreya gəmilərinin Yaponiya limanlarına daxil olmasının və iki ölkə arasında ticarətin qadağan edilməsi də yer alacaq.Hayaşi vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) sanksiya qərarları yerinə yetirilməlidir.

Nigar Hacılı
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью