Yaponiya DÇ 2026 ya yüksələn ilk komanda olub

20.03.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Yaponiya millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, asiyalılar bu hüquqa yiyələnən ilk komanda olub.

Yaponlar seçmə mərhələnin VII turunda evdə Bəhreynlə qarşılaşıblar. Onlar rəqiblərini 2:0 hesabı ilə məğlub etməklə vaxtından əvvəl dünya çempionatının əsas mərhələsində iştiraklarını rəsmiləşdiriblər.

Yaponiya yer aldığı C qrupunda 7 oyundan 19 xal toplamaqla minimum ikinci yeri özləri üçün təmin ediblər. “Gündoğar ölkə” təmsilçisi ən yaxın izləyicisi Avstraliyanı 9 xal qabaqlayır.

Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью