Yaponiya F 15 lərini 6,8 milyard dollara təkmilləşdirəcək

18.07.2025

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Plan JASSM-ER raketlərini yeni radarlar və elektron müharibə sistemləri ilə təchiz etmək üçün nəzərdə tutulub

Yaponiya hökuməti təxminən 900 km mənzilli JASSM-ER qanadlı raketlərini daşımaq üçün Hava Özünümüdafiə Qüvvələrində xidmətdə olan F-15 təyyarələrinin bir hissəsini təkmilləşdirmək niyyətindədir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, ilkin hesablamalar artaraq 1 trilyon yenanı (6,7 milyard dollardan çox) ötüb ki, bu da təkmilləşdirilmiş təyyarənin yerləşdirilməsini gecikdirə bilər.

Plana hələ 2019-cu ildə həyata keçirilməyə başlanılıb, lakin 2021-ci ildə artan xərclər səbəbindən ona yenidən baxılıb. Xərclər artmaqda davam edib və 2025-ci ilin mart ayına kimi təxminən 1,016 trilyon yen (6,8 milyard dollardan çox) olaraq qiymətləndirilib.

Media yazır ki, nəticədə Müdafiə Nazirliyi istehsalçılara təyyarənin 2027-ci maliyyə ilinə (1 aprel 2027-ci il - 31 mart 2028-ci il) təxirə salınacağı barədə xəbərdarlıq edib. Hətta 2028-ci maliyyə ilində bunu etmək mümkün olmaya bilər.

Plan Hava Özünümüdafiə Qüvvələrinin 200 F-15-dən 68-ni JASSM-ER raketləri, yeni radarlar və elektron müharibə sistemləri ilə təchiz etmək üçün təkmilləşdirilməsini nəzərdə tutur. Bu, Tokionun Çinin artan dəniz fəaliyyəti kimi gördüyünə qarşı əsas tədbiri hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью