Yaponiya gəmisində yanğın baş verib

11.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaponiyanın cənub-qərbində dəniz minaaxtaran gəmisində baş verən yanğın nəticəsində bir ekipaj üzvü həlak olub, bir nəfər isə itkin düşüb.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı Yaponiyanın NHK telekanalı yayıb.

Bildirilib ki, Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri (MSDF) rəsmiləri, Fukuoka əyalətinin Munakata şəhəri sahillərində donanmanın “Ukuşima” adlı minaaxtaran gəmisində yanğın baş verib.

Yanğın zamanı bir ekipaj üzvü həlak olub, bir nəfər isə itkin düşüb.

Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini və yanğına nəyin səbəb olduğunu müəyyən etmək üçün araşdırmaların başladığını qeyd ediblər.

Minaaxtaran gəmidə təxminən 45 nəfərin olduğu və təlim çərçivəsində Kaqoşima əyalətindəki limana doğru hərəkət etmək üzrə olduğu bildirilib.

Yanğın səbəbindən gəminin üzməsinin mümkün olmadığı və ekipajın təxliyə edildiyi bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью