Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya XİN-in məlumatına görə, xarici işlər nazirinin müavini Andrey Rudenko Yaponiyanın ölkədəki səfiri Akira Muto ilə "cari ikitərəfli məsələlər" ətrafında "səmimi söhbət" aparıb. Məlumatda deyilir ki, Rusiya tərəfi "Yaponiyanın yenidən silahlanması və Tokionun Rusiya sərhədləri yaxınlığında hərbi təlim fəaliyyətlərini genişləndirməsinin yaratdığı təhlükəni" səfirin diqqətə çatdırıb. Muto isə bildirib ki, “Vladimir Putinin Kuril adalarına səfəri ilə bağlı Yaponiyada yaranmış isteriya və Kiyevə hərbi yardımın genişləndirilməsi Rusiya ilə münasibətlərin normallaşması perspektivini geriyə atır”.
XQ